Əsas Səhifə > Hadisə > Türkiyə liqasında Qüdsə belə dəstək oldular
Türkiyə liqasında Qüdsə belə dəstək oldular23-12-2017, 23:32 |
|
Türkiyə Super Liqasında keçirilən “Fənərbaxça” və “Konyaspor” qarşılaşmasında azarkeşlər Qüdsə dəstək olublar. Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyə Stadionunda keçirilən yarışmada “Konyaspor” azarkeşləri ABŞ-ın Qüdslə bağlı verdiyi qərara etiraz olaraq möhtəşəm pankart hazırlayıblar. Azarkeşlər Türkiyə və Fələstin bayraqları ilə yanaşı, Əqsa məscidinin maketini əllərində tutaraq, Qüdsə dəstək olduqlarını nümayiş etdiriblər. Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bir çox ölkə bu qərara etiraz edib. Rubrika.az Geri qayıt |