Əsas Səhifə > Hadisə > Neftin qiyməti 70 dollara çata bilər
Neftin qiyməti 70 dollara çata bilər25-12-2017, 19:06 |
|
Rusiya və S.Ərəbistanının neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il anlaşmasını 2018-ci ilin sonuna qədər uzatması neft qiymətlərinə dəstək verəcək Bu barədə "TASS" agentliyi analitiklər arasında apardığı sorğuya əsasən məlumat verib. Sorğuda müəyyən olunub ki, ekspertlərin fikrincə, 2018-ci ildə neft qiymətləri 60 dollar/bareldən baha satılacaq, bəzi hallarda isə 70 dollar/barelə qədər yüksələcək. "Fitch" beynəlxalq reytinq agentliyinin korporativ maliyyə üzrə baş direktoru Maksim Edelsona (Maxim Edelson) görə, 2018-ci ildə ABŞ-ın neft hasilatı 10,3 mln. barel/günə qədər yüksələrək rekord müəyyənləşdirə bilər. Bununla yanaşı, Braziliya və Kanadada hasilatın 2018-ci ildə artması gözlənilir. Edelson qeyd edib ki, Agentliyin proqnozlarına görə, 2018-ci ildə inkişaf etmiş ölkələrin neft ehtiyatları 2017-ci illə müqayisədə 1,5% və ya 43 mln. barel arta bilər. ABŞ-ın neft ehtiyatlarında son zamanlar müşahidə olunan azalma isə Meksika körfəzindəki qasırğa ilə bağlı olub.(report) Rubrika,az Geri qayıt |