Əsas Səhifə > Hadisə > İlham Əliyev maaşları artırdı (SƏRƏNCAM)
İlham Əliyev maaşları artırdı (SƏRƏNCAM)25-12-2017, 20:55 |
|
Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Rubrika.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Bununla da "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir. Rubrika.az Geri qayıt |