Əsas Səhifə > Maraqlı > Fazil Məmmədovun yeznəsi işdən çıxarıldı
Fazil Məmmədovun yeznəsi işdən çıxarıldı26-12-2017, 10:46 |
|
Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb. Rubrika.Az Modern.az-a istinadən xəbərinə görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi. Rubrika.Az Geri qayıt |