Əsas Səhifə > Hadisə > Ağır sənaye və maşınqayırma sahəsində yerli məhsullardan istifadə genişləndiriləcək
Ağır sənaye və maşınqayırma sahəsində yerli məhsullardan istifadə genişləndiriləcək26-12-2017, 18:23 |
![]() Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən Rubrika.az “APA-Economics”ə istinaden verilən məlumata görə, tədbirdə işçi qruplara üzv olan iri sifarişçi dövlət müəssisələri və yerli istehsalçı müəssisələrin nümayəndələri iştirak edib. Görüşdə yerli istehsalın dəstəklənməsi istiqamətində dövlət müəssisələri ilə yerli müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində sifarişçilərin 2018-ci il üçün tələbatları barədə məlumatın İqtisadiyyat Nazirliyinə təqdim edilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb. Tədbirdə dövlət müəssisələri tərəfindən yerli məhsullardan istifadənin genişləndirilməsi imkanlarına dair müzakirə aparılıb. Rubrika.az Geri qayıt |