Əsas Səhifə > Hadisə > Qasparyan uzanaraq erməni məmura etiraz etdi

Qasparyan uzanaraq erməni məmura etiraz etdi


26-12-2017, 21:46
Qasparyan uzanaraq erməni məmura etiraz etdi

Ermənistanda siyasi fəal Vardqes Qasparyan dövlət gəlirləri komitəsinin binası qarşısında etiraz aksiyası keçirib
Rubrika.az Pia.az-a istinadən xəbər verir ki, o, əlində “Harutyunyan, sən yalançı, canisən” sözləri yazılan plakat tutaraq erməni məmura etirazını bildirib. Siyasi fəal daha sonra yer uzanmaqla etirazına davam edib.
Məlum olub ki, Qasparyan aldığı yükü 2 həftədir gömrükdə rəsmiləşdirə bilmir. Ararat gömrük orqanında bütün broker xidmətləri ona sənəd verməkdən imtina edirlər.
Onun fikrincə, bu, gömrük orqanı rəhbərinin əmridir, çünki gömrük məmurları mütləq kimdənsə asılıdırlar və "yuxarıların" əmrlərini yerinə yetirirlər.
Qasparyan "vahid pəncərə" sistemi ilə problemi həll etməyə çalışsa da, buna nail ola bilməyib. Sonda təkbaşına etiraz aksiyası keçirməyi qərara alıb.

Rubrika.az
Geri qayıt