Əsas Səhifə > Hadisə > Tovuzda yol qəzası baş verdi - 2 nəfər xəsarət aldı
Tovuzda yol qəzası baş verdi - 2 nəfər xəsarət aldı27-12-2017, 10:10 |
![]() Tovuz rayonunda yol qəzası baş verib. “Trend”in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Əlibəyli kənd sakini, 1989 -cu il təvəllüdlü Quliyev Zülfüqar Etibar oğlu idarə etdiyi "VAZ"markalı avtomobili idarə edərkən idarəetməni itirərək aşırıb. Hadisə nəticəsində sürücü və sərnişini, 1997-ci il təvəllüdlü Abdiyev Tural Musa oğlu ağır xəsarətlər alıb. Hər iki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücü ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |