Əsas Səhifə > Hadisə > FHN itkin düşən alpinistlərin axtarışına başlayıb

FHN itkin düşən alpinistlərin axtarışına başlayıb


27-12-2017, 10:55
FHN itkin düşən alpinistlərin axtarışına başlayıb

Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.

Nazirlikdən bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb.

Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

"Report"un xəbərinə görə, itkin düşənlərdən biri “Gilavar” - hava və ekstrim idman klubunun üzvü Babur Hüseynovdur. O, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.

Bu barədə sayta klubdakı mənbə məlumat verib.

Rubrika.Az
Geri qayıt