Əsas Səhifə > Hadisə > “Dəmir Bank” ASC-yə ləğvedici təyin olundu
“Dəmir Bank” ASC-yə ləğvedici təyin olundu27-12-2017, 21:46 |
![]() Bakı Apellasiya Məhkəməsinin 27.12.2017-cı il tarixli 2-1 (103)-3194/17 saylı qərarı ilə “Dəmir Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib. Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının qərarı ilə ləğv olunub. Rubrika.az Geri qayıt |