Əsas Səhifə > Hadisə > Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb

Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb


27-12-2017, 23:30
Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb

Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb.
Rubrika.az APA-ya istinadən verdiyi xəbərə görə, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.
Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Hadisə nəticəsində 9 nəfər xəstəxanalara yerləşdirilib, ölən yoxdur.
Qeyd edək ki, bu axşam Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.

Rubrika.az
Geri qayıt