Əsas Səhifə > İdman > FIFA-da korrupsiya ilə bağlı ittiham olunan futbol rəsmisinə bəraət qazandırılıb
FIFA-da korrupsiya ilə bağlı ittiham olunan futbol rəsmisinə bəraət qazandırılıb28-12-2017, 17:41 |
|
Nyu-Yorkda ABŞ münsiflər məhkəməsi FIFA-da korrupsiya ilə bağlı ittiham olunan cənubi amerikalı sabiq futbol rəsmisinə bəraət qazandırıb. Perunun futbol federasiyasının sabiq prezidenti Manuel Burqaya qarşı irəli sürülən rüşvət konspirasiya ittihamlarından biri onun üzərindən götürülüb. Burqa məhkəmə prosesinin nəticəsini möcüzə adlandırıb. Məhkəmənin qərarı münsiflər məhkəməsi iki digər sabiq cənubi amerikalı futbol rəsmisini bir neçə korrupsiya hallarında təqsirli tanıdıqdan bir neçə gün sonraya təsadüf edib. ABŞ prokurorları FIFA-nı sarsıldan təhqiqatlara 42 rəsmi və marketinq menecerlərini cəlb edib. Məhkəmə işi ilə əlaqədar artıq 24 nəfər günahını etiraf edib Rubrik.Az Geri qayıt |