Əsas Səhifə > Hadisə > Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu
Türkiyə ilə ABŞ arasında viza böhranı müsbət həll olundu28-12-2017, 19:05 |
|
ABŞ Dövlət Departamenti Türkiyə vətəndaşlarına viza verilməsini bərpa edib Bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd olunur ki, Türkiyədə təhlükəsizlik sahəsində vəziyyət kifayət qədər yaxşılaşıb ki, bu da ölkədə viza xidmətlərinin göstərilməsini təmin edir/Trend. Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Rubrika.az Geri qayıt |