Əsas Səhifə > Hadisə > Bu ərazilərdə tıxac var — Bakı sakinlərinə XƏBƏRDARLIQ,
Bu ərazilərdə tıxac var — Bakı sakinlərinə XƏBƏRDARLIQ,28-12-2017, 19:36 |
|
Bu gün axşam saatlarından başlayaraq Bakının bir çox ərazilərində tıxac var. Bakı Nəqliyyat Agentliyindən Rubrika.az “Ölkə.Az”a istinaden verilən məlumata görə, hazırda paytaxtın əksər küçə və prospektlərində avtomobillərın sıxlığı müşahidə edilir. “Əsasən Z.Bünyadov, Neftçilər, Tibilisi prospektləri, F.X Xoyski, Y.Səfərov, A.Cəlilov, Ü.Hacıbəyov küçələri, Azneft dairəsi, Bayıl, Dövlət Bayrağı Meydanının qarşısındakı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir”, - deyə məlumatda bildirilib. Agentlik paytaxt sakinlərinə bildirir ki, tıxacla əlaqədar olaraq paytaxtda bəzi sərnişin avtobusları normal qrafiklə işləyə bilmir: “Tıxac səbəbindən bir çox marşrut xətləri üzrə avtobuslararası intervalda gecikmələr yaranıb”. Geri qayıt |