Əsas Səhifə > Hadisə > Bakının mərkəzində ağır qəza — 3 qadın xəstəxanalıq oldu
Bakının mərkəzində ağır qəza — 3 qadın xəstəxanalıq oldu28-12-2017, 21:00 |
|
Bakının mərkəzində ağır yol qəzası baş verib. Rubrika.az Olke.az-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli və Rixard Zorge küçələrinin kəsişməsində 1991-ci il təvəllüdlü İbrahimov İlkin Vahid oğlunun idarə etdiyi "Audi" markalı, 10 FC 010 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1986-cı ildə anadan olmuş Quliyev Əbülfəz Nurəddin oğlunun sürdüyü 90 UG 017 nömrə nişanlı “Hyundai” toqquşub. Nəticədə Ə.Quliyevin avtomobilində olan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Quliyeva Suada Rövşən qızı, 1971-ci il təvəllüdlü Həsənova Venera Fərhad qızı və 1997-ci il təvəllüdlü Qafarova Səbinə Siyavuş qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar qəzanın baş verdiyi yerin yaxınlığındakı “Mediclub” xəstəxanasına yerləşdirilib. Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır. Rubrika.az Geri qayıt |