Əsas Səhifə > Hadisə > "Nissan" daha 106 mindən çox avtomobili geri çağırıb

"Nissan" daha 106 mindən çox avtomobili geri çağırıb


28-12-2017, 21:54
"Nissan" daha 106 mindən çox avtomobili geri çağırıb

"Nissan" şirkəti Rusiyada daha 106 mindən çox avtomobili geri çağırıb.
Rubrika.az musavat.com-a istinaden məlumatına görə, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2001-ci ilin fevralından 2012-ci ilin noyabrınadək satılmış "Almera", “Teana”, “Pickup”, “Tino”, “Patrol”, “Terrano II”, “X-Trail” modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Qeyd edək ki, “Nissan” bir neçə gün əvvəl eyni qüsurla əlaqədar 130 minə yaxına avtomobili geri çağırmışdı.

Rubrika.az


Geri qayıt