Əsas Səhifə > Hadisə > Keçmiş futbolçu ölkəsinin prezidenti seçilib

Keçmiş futbolçu ölkəsinin prezidenti seçilib


28-12-2017, 23:48
Keçmiş futbolçu ölkəsinin prezidenti seçilib

1990-cı illərdə “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.
Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.
Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. C.Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).

Rubrika.az

Geri qayıt