Əsas Səhifə > Hadisə > Ermənistan ordusunun rəhbərliyi Qarabağa gəldi
Ermənistan ordusunun rəhbərliyi Qarabağa gəldi29-12-2017, 11:23 |
![]() Dekabrın 28-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan növbəti dəfə qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. Rubrika.Az musavat.com-a istinadən xəbər verir. Erməni KİV-ləri Akopyanın qondarma "DQR"in "müdafiə naziri", general-leytenant Levon Mnatsakanyanla görüşdüyünü, həmçinin hərbi müşavirənin keçirildiyini xəbər verb. Erməni quldurlar bu tədbirin “iki erməni respublikası arasında hərbi əməkdaşlıq proqramı çərçivəsində” həyata keçirildiyini yazıb. Erməni canilər müzakirələr zamanı 2017-ci ilin yekunlarından bəhs ediblər. Belə görünür ki, işğalçı ölkə erməni ordusunun şəxsi heyəti arasında hökm sürən ruh düşkünlüyünün qarşısını almaq üçün hərəkətə keçib və “iki erməni respublikasının hərbi əməkdaşlığı” barədə mif formalaşdırmağa çalışıb. Ancaq bayram günlərində erməni quldurlarının təmas xətti boyunca təxribatlara əl ata biləcəyi də istisna olunmur. Təcrübə göstərir ki, Serj Sərksiyan hakimiyyəti diqqəti ölkə daxilindəki proseslərdən yayındırmaq, xalqı xofda saxlamaq üçün mütəmasdi şəkildə təmas xəttində təxribatların həyata keçirilməsinə dair tapşırıqlar verir. Rubrika.Az Geri qayıt |