Əsas Səhifə > Media > Vergilər Nazirliyində ŞOK İSTEFA - Birinci müavin istefa ərizəsini nazirə təqdim etdi

Vergilər Nazirliyində ŞOK İSTEFA - Birinci müavin istefa ərizəsini nazirə təqdim etdi


30-12-2017, 10:21
Vergilər Nazirliyində ŞOK İSTEFA - Birinci müavin istefa ərizəsini nazirə təqdim etdi

Mikayıl Cabbarov Vergilər naziri təyin olunandan sonra nazirlikdə istefa dalğası sürətlə davam edir

Rubrika.Az palitika.az-a istinadla bildirir ki, artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S. Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.

Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

Rubrika.Az
Geri qayıt