Əsas Səhifə > Hadisə > İrandan ABŞ-a cavab: Sənin işin deyil...
İrandan ABŞ-a cavab: Sənin işin deyil...30-12-2017, 20:18 |
|
İranda demokratik istəklərin qanunlar çərçivəsində tələb edilməsi və istənilməsi mümkündür. Rubrika.az Axar.az istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ administrasiyasının ölkədə baş verən kütləvi aksiyalarla bağlı açıqlamasına cavab olaraq deyib. “ABŞ son 70 ildə İranda dövlət çevrilişini, keçmiş rejimi, “zorakı savaş” dönəmində də Səddam Hüseyni dəstəkləyib. ABŞ rəsmiləri böyük İran milləti üçün fikir bildirmək iqtidarında deyillər”, - XİN sözçüsü bildirib. Qeyd edək ki, korrupsiya və işsizliyə görə İranda son günlər böyük aksiyalar başlayıb. İranın 13 şəhərində keçirilən aksiyalarda Ali dini lider Xamenei və Prezident Ruhaninin ünvanına ağır ittihamlar səsləndirilir. Aksiyalarda polislə qarşıdurmalar da yaşanıb və onlarla şəxs təzyiqə məruz qalıb, həmçinin həbs edilib. Tramp adminitrasiyası aksiyalara açıq dəstək nümayiş etdirir. Rubrika.az Geri qayıt |