Əsas Səhifə > Hadisə > Milli Məclisin yeni ildə ilk iclasının vaxtı müəyyənləşdi
Milli Məclisin yeni ildə ilk iclasının vaxtı müəyyənləşdi3-01-2018, 15:57 |
|
Azərbaycan Milli Məclisinin 2018-ci ildə ilk plenar iclasının və komitələrin tətildən qayıtma tarixi müəyyənləşib. Rubrika,az- ın APA-ya istinadən məlumatına görə, yaz sessiyasında MM-in ilk plenar iclası fevralın 1-də baş tutacaq. Parlamentin komitələri isə tətildən yanvarın 5-dən etibarən qayıdacaq, iclaslara isə yanvarın 10-dan etibarən başlanacaq. Rubrika/Az Geri qayıt |