Əsas Səhifə > Dünya > Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlayır

Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlayır


3-01-2018, 16:57
Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlayır

Şimali Koreya lideri Kim Çen In Pxanmuncom şəhərindəki sökülmüş zonada xüsusi kommunikasiya xəttindən istifadə etməklə Cənubi Koreya ilə danışıqlara başlamağa göstəriş verib.

Bu barədə “Reuters” xəbər yayıb.

Xatırladaq ki, bir müddət öncə Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirib. Seul bu təşəbbüsü müsbət qiymətləndirib və yüksək səviyyəli danışıqlar aparmağı təklif edib.

Rubrika.az
Geri qayıt