Əsas Səhifə > Hadisə > Yeni il gecəsi dostunun başını kəsərək küçəyə atdı
Yeni il gecəsi dostunun başını kəsərək küçəyə atdı3-01-2018, 18:43 |
![]() Rusiyanın Novqorod vilayətində tükürpədisi hadisə baş verib. Rubrika.az Virtualaz.org-a istinadən xəbər verir ki, yanvarın 1-nə keçən gecə Veliki Novqorod şəhərinin sakinləri yaşayış binalarının birinin həyətində kəsilmiş kişi başı aşkar ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları başın hansı mənzildən tullandığını müəyyənləşdiriblər. Bu işdə onlara qatilin qonşusu da kömək edib. Belə ki, polisə zəng edən şəxs qonşusunun eyvandan onun mənzilinə soxulmaq istədiyini bildirib. Mənbəyə əsasən, Yeni il gecəsi xeyli spirtli içki qəbul etmiş kişilər mübahisə edib və nəticədə, mənzil sahibi qonağının başını bıçaqla kəsərək, bədənindən ayırıb və küçəyə atıb. Bundan sonra o, qonşunun eyvanına keçərək, mənzilə soxulmağa cəhd edib. Rubrika.az Geri qayıt |