Əsas Səhifə > Hadisə > Rusiyada iki minik avtomobili toqquşub, 10 nəfər ölüb

Rusiyada iki minik avtomobili toqquşub, 10 nəfər ölüb


3-01-2018, 20:23
Rusiyada iki minik avtomobili toqquşub, 10 nəfər ölüb

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində ağır yol qəzası baş verib.
Rubrika.az Apa.az-a istinadən verdiyi xəbərə görə, hadisə Talinka yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
“Mazda” və “Renault Duster” markalı avtomobillərin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb. İlkin məlumata əsasən, sürücülərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb.
Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt