Əsas Səhifə > Hadisə > Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb
Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb3-01-2018, 21:32 |
![]() Yanvarın 3-də, gün ərzində Qəzza zolağından İsrail istiqamətində 3 raket buraxılıb. Rubrika.az Apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun nümayəndəsi bildirib. İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir. Rəsmi Tel-Əviv son bir ay ərzində bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti «Həmas» hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra “Həmas” İsrailə qarşı raket hücumlarını artırıb. Rubrika.az Geri qayıt |