Əsas Səhifə > Hadisə > Fransada qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb
Fransada qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb3-01-2018, 23:01 |
![]() Fransada baş verən güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 15-i xəsarət alıb. Rubrika.az Apa.az-a istinadən verdiyi xəbərə görə, Yuxarı Savoy departamentində xizəkçinin üzərinə ağac düşüb, onun həyatını xilas etmək mümkün olmayıb. “Eleanor” adlı qasırğa nəticəsində xəsarət alanların sayı 15-ə çatıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Güclü külək 200 min evi işıqsız qoyub. Rubrika.az Geri qayıt |