Əsas Səhifə > Dünya > Tramp ABŞ-ın müsəlman müttəfiqindən imtina edir
Tramp ABŞ-ın müsəlman müttəfiqindən imtina edir4-01-2018, 10:55 |
|
ABŞ Prezidenti Donald Tramp Pakistana təhlükəsizlik sahəsində yardımın dayandıracağını bəyan etmək niyyətindədir. Rubrika.az axar.az-a istinadla xəbər verir ki, bu barədə informasiyanı ABC televiziyası yayıb. Hələlik Trampın atacağı addımın müvvəqqəti və ya daimi xarakter daşıdığı bilinmir. Qeyd edək ki, Tramp Pakistanı terrorizmlə mübarizə üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsində ittiham edib. Rəsmi İslamabad isə bu ittihamla razılaşmayıb və istənilən an ona ayrılan vəsaitin hara xərclənməsinin hesabatını verməyə hazır olduğunu bildirib. Əfqanıstanın eks-prezidenti Həmid Kərzai isə Trampla razılaşdığını və ölkəsinin əsas probleminin Pakistan olduğunu iddia edib. Rubrika.az Geri qayıt |