Əsas Səhifə > Hadisə > Alpinistlər icazəsiz gedib? - Rəsmi açıqlama - YENİLƏNİB
Alpinistlər icazəsiz gedib? - Rəsmi açıqlama - YENİLƏNİB4-01-2018, 16:40 |
|
12:56 "Gilavar" Hava-Ekstremal İdman klubu itkin düşən alpinistlərin əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Rubrika.az qafqazinfo-ya istinadən xəbər verir ki, klub sosial şəbəkədə məlumat yayaraq bildirib ki, dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi doğru deyil: "Bu, mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər". Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü itkin düşüb. ---------- 11:21 Tufandağda axtarışlara başlandığı ilk gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əraziyə cəlb edilmiş dağçılıq sahəsində təcrübəsi olan işçiləri Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeçiliyindədir. Hamı birlikdə axtarışlardan nəticə əldə etmək üçün çalışır. Milli.Az xəbər verir ki, bunu report-a ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru, hazırda axtarış yerində olan Hikmət Əlizadə sosial şəbəkələr və bəzi mətbuat orqanlarında itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı yayılmış əsassız iddialar və axtarış tədbirlərinə dair xəbərlərə fikir bildirərkən deyib. Rubrika.az Geri qayıt |