Əsas Səhifə > Hadisə > Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir8-01-2018, 12:10 |
|
Dekabrın 23-də Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir. Rubrika.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. O qeyd edib ki, axtarışlar hələ müsbət nəticə vermir: "Axtarışlar Quba rayonunun Xınalıq istiqamətində davam etdirilir. Hələ ki, bir nəticə yoxdur". Qeyd edək, daha öncə itkin düşmüş alpinistlərin axtarışları Qəbələ rayonunda da aparılmışdı, bu axtarışlar da nəticəsiz qalmışdı. Rubrika.Az Geri qayıt |