Əsas Səhifə > Hadisə > "Lotu Quli"nin adamı narkotikə görə hakim qarşısına çıxarıldı
"Lotu Quli"nin adamı narkotikə görə hakim qarşısına çıxarıldı9-01-2018, 12:30 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirli bilinən Valeh Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Rubrika.Az-ın ölkə.az-a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, əvvəllər iki dəfə məhkum olunan Valeh Musayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə ifadə verən Valeh Musayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Dərnəgül bazarında fəhləliklə məşğul olub. Onun sözlərinə görə, idarə əməkdaşları tərəfindən qanunsuz olaraq həbs edilib. Qeyd edib ki, idmanla məşğul olub, narkotikin satışı ilə məşğul olmayıb:"Əvvəllər "Lotu Quli"nin "kuruqun"da olmuşam. "Bulaq" restoranında baş verən atışmadan sonra saxlanıldım .Bu işə görə 90 nəfər həbs edilib, onlardan 70-i narkotiklə tutulub. Mənim atam, qardaşım da hüquqşünasdır. Özüm idmanla məşğul olmuşam, naliyyətlərim var. Prezident mənə Xətai rayonunda ev bağışlayıb". Proses yanvarın 23-də davam edəcək. Rubrika.Az Geri qayıt |