Əsas Səhifə > Hadisə > İrandan sonra bu müsəlman ölkəsi də qarışdı - Etiraz

İrandan sonra bu müsəlman ölkəsi də qarışdı - Etiraz


9-01-2018, 18:24
İrandan sonra bu müsəlman ölkəsi də qarışdı - Etiraz


Tunisdə Tebourba əyalətində yaşayış xərclərinin bahalığı və vergi artmalarına etiraz edən nümayişçilərlə təhlükəsizlik orqanları arasında yaranan qarşıdurma zamanı bir nəfər ölüb.
Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu barədə Tunisin Daxili İşlər Nazirliyindən informasiya verilib.
Nümayişçilərdən bəzilərinin hökumət binasını yandırmaq cəhdi qarşısında polis qüvvələrinin müdaxilə etməsi vəziyyəti daha da alovlandırıb və qarşıdurmaya çevirib. Hadisə nəticəsində ən azı 5 nəfərin yaralandığı bildirilib.
Etiraz nümayişləri sırasında dünyasını dəyişən şəxsin xroniki tənəffüs xəstəliyinin olduğu və gözyaşardıcı qazdan boğularaq öldüyü qeyd olunub.

Rubrika.az
Geri qayıt