Əsas Səhifə > Hadisə > Neftin qiyməti 70 dollara çatdı
Neftin qiyməti 70 dollara çatdı11-01-2018, 23:50 |
|
“Brent” markalı Şimal dəniz neft qatışığının qiyməti 2014-cü ilin dekabr ayından bu yana ilk dəfə olaraq 70 dollara çatıb Londonun “ICE Futures” birjasında “Brent”in mart fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 20:26-ya olan vəziyyətə görə, 83 sent artaraq bir barel üçün 70,03 dollara çatıb. Bununla yanaşı, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin fevral fyuçerslərinin qiyməti yuxarıda göstərilən vaxta qədər 1,02 dollar artaraq bir barel üçün 64,59 dollar təşkil edib. Qiymət artımı ABŞ-da neft ehtiyatlarının stabil azalması ilə bağlı nikbinlik, həmçinin ötən həftənin yekunu üzrə Birləşmiş Ştatlarda neft hasilatının gözlənilmədən aşağı düşməsi barədə məlumatlarla izah edilir. (virtualaz.org) Rubrika.az Geri qayıt |