Əsas Səhifə > Hadisə > Мüdafiə Nazirliyindən sərt reaksiya — Düşmən dəyirmanına su tökmək kifayətdir!
Мüdafiə Nazirliyindən sərt reaksiya — Düşmən dəyirmanına su tökmək kifayətdir!12-01-2018, 16:32 |
|
“Xəzər” hərbi tədqiqatlar institutu adlandıran “qurum”un növbəti qərəzli statistikasına Müdafiə Nazirliyi tərəfindən açıqlama verilib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan “Xəzər” hərbi tədqiqatlar institutu adlandıran bir “qurum”un növbəti dəfə Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli “statistika”sını tirajlayıb. Qeyd edək ki, Azərbaycan və Ermənistandakı hazırki ictimai-siyasi, sosial-iqtisadi və ən əsası müdafiə sahəsindəki vəziyyəti bilərək bu ölkələrin ordularını müqayisə predmetinə çevirmək düşmənçilik və absurd baxışdan başqa bir şey deyil. Dövlətimizin qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb və Orduda mənəvi-psixoloji durum sağlamlaşıb. Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə müdafiənin ön xəttində zəruri fortifikasiya işləri və mühəndis-istehkam tədbirləri həyata keçirilərək mövqelər möhkəmləndirilib, daha etibarlı sığınacaqlar, səngərlər hazırlanıb, qoşunların maskalanması və mühafizəsi gücləndirilib. Bu səbəbdən də bütün istiqamətlər üzrə ötən illərlə müqayisədə 2017-ci ildə döyüş və qeyri-döyüş itkiləri 20 % azalıb. Lakin Ermənistan və onun işğalçı ordusunda olan real acınacaqlı vəziyyət nəticəsində düşmən itkilərinin sayı daim artır. Təkcə rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş, 30 qeyri-döyüş itkisi verib, eləcə də ermənilərin 100-dək yaralısı olub. Müxtəlif mənbələrdən əldə olunan məlumata görə, isə həqiqətdə erməni tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. Artıq cari ilin cəmi 8 günü ərzində, yalnız rəsmi məlumatlara əsasən işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb. Odur ki, əsası olmayan, qeyri-rəsmi mənbələrdən toplanaraq Azərbaycan Ordusu haqqında yanlış və dezinformasiya xarakterli xəbərlərin yayılması mövcud duruma heç bir ciddi təsir göstərmir. Çünki xalqımız Ordumuzdakı vəziyyəti yaxşı bilir və Ali Baş Komandanın rəhbərliyi ilə aparılan islahatlar nəticəsində əldə edilən uğurlardan tam məlumatlıdır. Belə olduğu halda bu cür pərakəndə rəqəmləri mütəmadi şəkildə toplayıb, hər dəfə müxtəlif cəfəng şərhlər əlavə etməklə acınacaqlı vəziyyət təsəvvürü yaratmağa cəhd göstərmək düşmən dəyirmanına su tökmək məqsədi daşıyır və bu kimi əməllər ölkəmizi gözü götürməyənlərin maraqlarına xidmət edir. Aşağıda göstərilən siyahıda, yalnız Ermənistandan hərbi xidmətə çağırılan hərbçilər haqqında rəsmi statistika təqdim edilib. Əgər buraya Dağlıq Qarabağdan çağırılan və erməni ictimaiyyətindən də gizlədilən məlumatları əlavə etsək, onda ölən erməni hərbçilərin sayı xeyli artar. 1. 04.01.2017 Qaqik Kazinyan Qeyri-döyüş itkisi (avtoqəza) 2. 15.01.2017 Qaqik Vardanyan Döyüş itkisi 3. 16.01.2017 Araik Sarkisyan Döyüş itkisi 4. 18.01.2017 Andranik Musikyan Döyüş itkisi 5. 23.01.2017 Karen Ulubabyan Döyüş itkisi 6. 25.01.2017 Şavarş Qalstyan Qeyri-döyüş itkisi (özünəqəsd) 7. 26.01.2017 Samvel Apinyan Qeyri-döyüş itkisi (xəstəlik) 8. 06.02.2017 Qor Qareginyan Döyüş itkisi 9. 08.02.2017 Qarik Zqoyan Döyüş itkisi 10. 08.02.2017 Qeqam Manukyan Döyüş itkisi 11. 11.02.2017 Markar Asatryan Döyüş itkisi 12. 15.02.2017 Qaregin Minasyan Qeyri-döyüş itkisi (avtoqəza) 13. 17.02.2017 Qaregin Arqamanyan Qeyri-döyüş itkisi (qazdan zəhərlənmə) 14. 18.02.2017 Lernik Osyan Qeyri-döyüş itkisi (özünəqəsd) 15. 23.02.2017 Qor Xudinyan Qeyri-döyüş itkisi (özünəqəsd) 16. 01.03.2017 Qurgen Sarkisyan Qeyri-döyüş itkisi (özünəqəsd) 17. 01.03.2017 Nver Babacanyan Döyüş itkisi 18. 28.03.2017 Artak Rafaelyan Döyüş itkisi 19. 31.03.2017 Qor Ovannisyan Döyüş itkisi 20. 21.04.2017 Narek Akopyan Qeyri-döyüş itkisi 21. 24.04.2017 Narek Arutyunyan Döyüş itkisi 22. 25.04.2017 Karen Avetisyan Qeyri-döyüş itkisi (naməlum) 23. 26.04.2017 Armen Saturyan Qeyri-döyüş itkisi (xəstəlik) 24. 28.04.2017 Mqer Arzumanyan Döyüş itkisi 25. 08.05.2017 Ruben Barsegyan Qeyri-döyüş itkisi (avtoqəza) 26. 08.05.2017 Rafael Bişaryan Qeyri-döyüş itkisi (avtoqəza) 27. 08.05.2017 Ruben Mnasakanyan Qeyri-döyüş itkisi (avtoqəza) 28. 10.05.2017 Qaqik Mesropyan Qeyri-döyüş itkisi (özünəqəsd) 29. 14.05.2017 Arşak Arşakyan Qeyri-döyüş itkisi (özünəqəsd) 30. 17.05.2017 Qrişa Karapetyan Döyüş itkisi 31. 20.05.2017 Karen Danielyan Döyüş itkisi 32. 26.05.2017 Armen Arutyunyan Döyüş itkisi 33. 01.06.2017 Melik Xaçatryan Qeyri-döyüş itkisi (özünəqəsd) 34. 14.06.2017 Narek Mxitaryan Qeyri-döyüş itkisi (xəstəlik) 35. 16.06.2017 Araik Matinyan Döyüş itkisi 36. 16.06.2017 Vigen Petrosyan Döyüş itkisi 37. 16.06.2017 Vardan Sarkisyan Döyüş itkisi 38. 17.06.2017 Narek Qasparyan Döyüş itkisi 39. 07.07.2017 Robert Qasparyan Döyüş itkisi 40. 10.07.2017 Vazgen Poqosyan Döyüş itkisi 41. 23.07.2017 Vardan Melkonyan Qeyri-döyüş itkisi (özünəqəsd) 42. 28.07.2017 Arkadiy Xambaryan Qeyri-döyüş itkisi (özünəqəsd) 43. 14.08.2017 Arman Movsisyan Döyüş itkisi 44. 14.08.2017 Abas Sloyan Qeyri-döyüş itkisi (özünəqəsd) 45. 17.08.2017 Vardan Qriqoryan Qeyri-döyüş itkisi (özünəqəsd) 46. 21.08.2017 Andranik Mkrtçyan Qeyri-döyüş itkisi (özünəqəsd) 47. 27.08.2017 Artak Bişaryan Döyüş itkisi 48. 01.09.2017 Ayk Xaçatryan Döyüş itkisi 49. 28.09.2017 Seyran Sarkisyan Döyüş itkisi 50. 10.10.2017 Çaplin Markaryan Döyüş itkisi 51. 19.10.2017 Tiqran Xaçatryan Döyüş itkisi 52. 21.10.2017 Aram Xaçatryan Qeyri-döyüş itkisi (qətlə yetiriliblər) 53. 21.10.2017 Qraç Avetisyan Qeyri-döyüş itkisi (qətlə yetiriliblər) 54. 23.10.2017 Qevorq Xanamiryan Qeyri-döyüş itkisi (avtoqəza) 55. 28.10.2017 Norayr Ovannisyan Qeyri-döyüş itkisi (avtoqəza) 56. 04.11.2017 Qrant Manqasaryan Döyüş itkisi 57. 22.11.2017 Qeqam Zakaryan Döyüş itkisi 58. 22.11.2017 Sarkis Abramyan Döyüş itkisi 59. 22.11.2017 Sarkis Melikyan Döyüş itkisi 60. 22.11.2017 Tatul Tadevosyan Qeyri-döyüş itkisi (avtoqəza) 61. 25.11.2017 Qarnik Petrosyan Qeyri-döyüş itkisi (xəstəlik) 62. 12.12.2017 Narek Adibekyan Qeyri-döyüş itkisi (qətlə yetiriliblər) Rubrika.Az Geri qayıt |