Əsas Səhifə > Hadisə > Yeni Nəqliyyat Mübadilə Mərkəzi sabahdan istifadəyə veriləcək

Yeni Nəqliyyat Mübadilə Mərkəzi sabahdan istifadəyə veriləcək


12-01-2018, 18:59
Yeni Nəqliyyat Mübadilə Mərkəzi sabahdan istifadəyə veriləcək

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək


Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar 100, 108, 123, 134, 147 və 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) saylı marşrut xətlərinin son dayanacaq məntəqəsi “Dərnəgül” NMM-nə köçürülüb.

Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6, 8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların “Dərnəgül” NMM-ə hərəkət etməsi təmin olunacaq.

Rubrika.az
Geri qayıt