Əsas Səhifə > Hadisə > Uşaqların əsas problemləri — 33 minə yaxın müraciət edilib
Uşaqların əsas problemləri — 33 minə yaxın müraciət edilib13-01-2018, 12:34 |
|
Fəaliyyət göstərdiyi yeddi il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32708-ə yaxın müraciət edilib. Xidmətdən "Ölkə.Az"a istinaden verilən xəbərə görə, qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Qeyd olunub ki, Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2010-2017-ci il tarixinə qədər qeydə alınmış statistik göstəricilər aşağdakı kimidir: *Psixoloji problemlərlə edilən müraciətlərin sayı -7050; *Təhsil sahəsini əhatə edən müraciətlər - 7715; *Sosial sahəyə aid müraciətlər - 8167; *Hüquqi sahə ilə bağlı müraciətlər -5446; *Səhiyyə sahəsinə aid istiqamətlənən müraciətlər - 1771; *Digər zənglər - 2559 olub. Bildirilib ki, qeyd olunan müddət ərzində daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri və rayonlarlar ilə məhdudlaşmayıb. Belə ki, xidmətə İs¬tan¬bul, Moskva, Ukrayna, Gürcüstan, Dağıstan, Cənubi Koreya, Avstriya, Sank – Peterburq, Şimali Kipr, Qazaxıstandan da müraciətlər daxil olub. Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2017-ci ilin yanvar-dekabr hesabat dövrü ərzində 3424 müraciət daxil olub. Müraciətlər şəhərdaxili (1824), mobil telefon (2204), mobil sms (15) müraciət daxil olub. Aparılan təhlil nəticəsində aşağıdakı sahələr üzrə müraciətlər qəbul edilib: Psixoloji problemlərlə bağlı müraciətlər – 467, təhsil sahəsi ilə bağlı müraciətlər – 1958, sosial sahə ilə bağlı müraciətlər – 530, hüquqi sahə ilə bağlı müraciətlər – 283, səhiyyə sahəsi ilə bağlı müraciətlər – 18, digər zənglər isə 175 olub. Rubrika.az Geri qayıt |