Əsas Səhifə > Aktual > "Digitürk"dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik
"Digitürk"dən Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik13-01-2018, 13:47 |
|
Türkiyənin rəqəmsal televiziya yayımı sahəsində ilk və lider şirkəti olan “Digitürk”ün Dağlıq Qarabağda dileri fəaliyyət göstərir. Rubrika.az BAKU.WS-ə istinadla bildirir ki, şirkətin saytında dilerlərin fəaliyyət göstərdiyi xarici ölkələr arasında Dağlıq Qarabağ da göstərilir. “Yeni IP qutumuzu nağd ödəmə ilə satın almaq üçün aşağıdakı dilerlərimizlə əlaqə yarada bilərsiniz”, - deyə saytda qeyd edilir. Məsələ ilə bağlı “Digitürk”ün Azərbaycandakı filialı ilə əlaqə saxladıq. Filialdan BAKU.WS-ə “Digitürk”ün Dağlıq Qarabağda dilerinin fəaliyyət göstərməsindən xəbərləri olmadığını bildirdilər. Eyni zamanda qeyd edildi ki, məsələ ilə bağlı “Digitürk”ün baş ofisinə müraciət ediləcək. Rubrika.Az Geri qayıt |