Əsas Səhifə > Dünya > Bakı İrəvanın yalvarışına məhəl qoymayacaq

Bakı İrəvanın yalvarışına məhəl qoymayacaq


13-01-2018, 16:46
Bakı İrəvanın yalvarışına məhəl qoymayacaq

Ermənistan hazırda Dağlıq Qarabağ məsələsində kobudcasına vaxt udmaqla məşğuldur.

Rubrika.az axar.az-a istinadla bildirir ki,bunu açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, danışıqlar prosesi intensivləşsə də, Ermənistan prezidentini düşündürən yeganə məsələ hakimiyyətdə qalmaqdır:

“İşğalçının vaxtı tükənir, Ermənistan seçkilərdən sonra Qarabağ məsələsinin həlli ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır. İrəvan yalnız danışıqları sabotaj etməklə məşğuldur. Bu, çox çəkə bilməz. Azərbaycan hələ ki səssiz yalvarışına görə Ermənistana toxunmur”.

Rubrika.az
Geri qayıt