Əsas Səhifə > Hadisə > Göyərtəsində neftçilər olan helikopter Ərəb dənizində qəzaya uğrayıb
Göyərtəsində neftçilər olan helikopter Ərəb dənizində qəzaya uğrayıb13-01-2018, 21:34 |
![]() Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb Hindistan Hərbi Dəniz Qüvvələrinin “Twitter” səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Ərəb dənizində yerləşən buruqların birinə yollanan Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı da olub. Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar. Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin taleyindən isə hələlik xəbər yoxdur. Qəzanın səbəbləri məlum deyil.(virtualaz.org) Rubrika.az Geri qayıt |