Əsas Səhifə > İstisadiyyat > "DəmirBank"ın əmanətlərinin veriləcəyi tarix açıqlandı
"DəmirBank"ın əmanətlərinin veriləcəyi tarix açıqlandı15-01-2018, 12:10 |
|
Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib. ADİF-dən verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq. Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır. Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “KapitalBank”-ın filiallarından əldə edə bilər. Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına 1 fevral 2018-ci il tarixindən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər. Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. Rubrika.az Geri qayıt |