Əsas Səhifə > Hadisə > Mikayıl Cabbarov yeni səfirlə görüşüb

Mikayıl Cabbarov yeni səfirlə görüşüb


15-01-2018, 19:06
Mikayıl Cabbarov yeni səfirlə görüşüb

Yanvarın 12-də vergilər naziri Mikayıl Cabbarov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.
Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişafı, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlıq, o cümlədən təcrübə mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycanın regionlarında xarici investorlar üçün yaradılmış şərait, sənaye və texnologiyalar parklarında mövcud olan vergi və digər güzəştlər sistemi barədə fikir mübadiləsi aparılıb.

Rubrika.az

Geri qayıt