Əsas Səhifə > Dünya > Portuqaliyada partlayış: 8 ölü, 36 yaralı

Portuqaliyada partlayış: 8 ölü, 36 yaralı


15-01-2018, 19:41
Portuqaliyada partlayış: 8 ölü, 36 yaralı

Portuqaliyanın Villa-Nova de Reyna şəhərində Turizm Assosiasiyasının mənzil-qərargahında yanğın baş verib.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, partlayışla müşayiət olunan yanğın zamanı binanın dam örtüyü çöküb.

Nəticədə 8 nəfər ölüb, 14 nəfəri ağır olmaqla, 36 nəfər yaralanıb. Milli Mülki Müdafiə qurumunun rəsmisi Patrisia Qaspar ölənlərin sayının artacağını istisna etməyib.

Rubrika.az


Geri qayıt