Əsas Səhifə > Siyasət > Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı

Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı


18-01-2018, 19:37
Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı


Polşanın Krakov şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Axar.az-a bildirib ki, görüşdə rusiyalı həmsədr İqor Popov, fransalı diplomat Stefan Viskonti və ABŞ-ın Minsk qrupundakı nümayəndəsi Endrü Şofer iştirak edir.

E.Məmmədyarovla həmsədrlərin danışıqlarına həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün atılacaq addımlar müzakirə edilir.

Xatırladaq ki, yanvarın 17-də Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş olub.

***
16:07

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter hesabında qeyd edib.

ATƏT-in Minsk qrupu həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunur.

***
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş başa çatıb.

Axar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

Rubrika.az


Geri qayıt