Əsas Səhifə > Hadisə > Trampın oğlu: “Atam ancaq dolların yaşıl rəngini görür”

Trampın oğlu: “Atam ancaq dolların yaşıl rəngini görür”


18-01-2018, 23:34
Trampın oğlu: “Atam ancaq dolların yaşıl rəngini görür”


ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp atasının irqçilikdə ittiham olunmasına münasibət bildirib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, prezident oğlu atasının irqçilik etdiyini qəbul etməyib. O bildirib ki, belə bir şeydən söhbət belə gedə bilməz: “Atam irqçi ola bilməz. O, ancaq dolların yaşıl rəngini görür”.

Qeyd edək ki, Donald Trampın bir müddət əvvəl ABŞ-da olan qaradərililəri təhqir etdiyi və irqçiliyə yol verdiyi ilə bağlı xəbərlər yayılıb.

Rubrika.Az
Geri qayıt