Əsas Səhifə > Hadisə > Bakıda axtarışda olan 2 dələduz tutuldu

Bakıda axtarışda olan 2 dələduz tutuldu


19-01-2018, 17:21
Bakıda axtarışda olan 2 dələduz tutuldu

Xətai Rayon Polis İdarəsinin əməkdaşları axtarışda olan dələduzu həbs edib.

Rubrika.Az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, 34-cü polis bölməsinin əməkdaşları cinayət məcəlləsinin 178-ci (dələduzluq) və 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Mətləb Mahir oğlu İlyasovu həbs edib.

Digər axtarışda olan şəxsi isə Nəsimi RPİ-nin əməkdaşları həbs edib.
1985-ci il təvəllüdlü Xədicə Səməd qızı Əhmədovaya cinayət məcəlləsinin 178-ci maddəsi ilə iş başlansada o, istintaq müddətində həbs edilməyib.

Ancaq istintaq zamanı müstəntiqin çağırışlarından yayındığından axtarışa verilib.

Rubrika.Az
Geri qayıt