Əsas Səhifə > Hadisə > Jurnalistlərdən Dilçilik İnstitutuna qarşı sərt mövqe: “Bağlamaq lazımdır”
Jurnalistlərdən Dilçilik İnstitutuna qarşı sərt mövqe: “Bağlamaq lazımdır”19-01-2018, 18:23 |
![]() Son günlərin aktual mövzusu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsidir Mövzu ilə bağlı çox fikirlər səslənib, yanaşmalar müxtəlif olub. Qaynarinfo isə məsələ ilə bağlı tanınmış jurnalistlərin münasibətini öyrənib. Bu məqsədlə onlara "Yeni orfoqrafiya lüğətinə münasibətiniz necədir" və "Bu siyahıya hansı sözlərin əlavə olunmasını istəyərdiniz" sualları ilə müraciət etdik. AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovun münasibəti qısa və konkret oldu: "Təklifim odur ki, bizi az hərifləsinlər". "Kaspi" qəzetinin redaktoru Natiq Muxtarlı, ümumiyyətlə, Dilçilik İnstitutunun ləğv olunmasını istəyir: "Düşünürəm ki, Azərbaycan dilinin orfoqrafiyasının düzəldilməsi üçün Dilçilik İnstitutu adlı böyük bir qurumun uzun illər belə ciddi-ciddi araşdırma aparmasına ehtiyac yoxdur. Çünki dilimizdə yeni sözlər yaranacaqsa, bu özlüyündən baş verəcək və həm yazılı mətbuatda, həm danışıq dilimizdə bu proses tədricən qəbul ediləcək. Amma görünür Dilçilik İnstitutu özlərinin fəaliyyətsizliyini ört-bas etmək üçün belə ideyalar ortaya atırlar. Mən bunu tamamilə mənasız hesab edirəm. Çünki onların təklif etdiyi qaydalar qəbul ediləcəksə, çox böyük çətinliklər meydana çıxacaq. Həm Azərbaycan mətbuatı, həm təhsil sistemi üçün. Onsuz da hazırki vəziyyətdə mətbuatda orfoqrafiya baxımından pərakəndəlik var. Eyni sözü hərə bir cür yazır. Məsələn, şeir, meyl sözləri bir neçə dəfə dəyişikliyə uğrayıb. Və baxırsan ki, hələ də bu dəyişiklikləri qəbul edə bilməyənlər var. Bu kimi "yeniliklər” olduqca xaos böyüyəcək. Ona görə də bu addımı tamamən yersiz hesab edirəm və təklif edirəm ki, bu kimi yersiz qərarların qarşısını almaq üçün Dilçilik İnstitutunu tamamilə bağlamaq lazımdır” Rubrika.az Geri qayıt |