Əsas Səhifə > Dünya > Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır
Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır19-01-2018, 20:07 |
![]() Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır ABŞ prezidenti Donald Tramp Florida ştatındakı "Mar-a-Laqo" iqamətgahında prezidentliyinin birilliyinin şərəfinə ziyafət təşkil edəcək. "Bloomberg" xəbər verir ki, dövlət başçısının özünün də iştirak edəcəyi qonaqlığa iki nəfərlik biletin qiyməti 100 min ABŞ dollarıdır. Qiymətə ziyafətdə şam yeməyi, həmçinin ABŞ prezidenti ilə şəkil çəkdirmək daxildir. Hətta 250 min ABŞ dolları məbləğində ödəniş etməklə prezidentlə eyni masada oturmaq imkanı da əldə etmək olar. Rubrika.az Geri qayıt |