Əsas Səhifə > Dünya > Fransa hərbi xərclərini artırdı

Fransa hərbi xərclərini artırdı


19-01-2018, 23:14
Fransa hərbi xərclərini artırdı

Fransanın 2018-ci ildə hərbi büdcəsi 34,2 milyard avro olacaq.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron söyləyib. Onun sözlərinə görə, Paris 2025-ci ilə qədər hərbi xərclərini ümumdaxili məhsulun 2%-nə bərabər edəcək:

“Buna görə də hərbi büdcə cari ildə 1,8 milyard avro artacaq. Nəticədə ümümi büdcə 34,2 milyard avro olacaq. Hazırda texnika və silahlanmanın sürətli yenilənməsi çox önəmlidir”.

Rubrika
Geri qayıt