Əsas Səhifə > Hadisə > Mingəçevirdə öküz qadına hücum etdi — Ağır yaraladı
Mingəçevirdə öküz qadına hücum etdi — Ağır yaraladı19-01-2018, 23:46 |
|
Mingəçevir şəhərində yaşlı qadını öküz vurub. "Ölkə.Az" "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib. Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub. Rubrika.az Geri qayıt |