Əsas Səhifə > Hadisə > Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb - VİDEO
Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb - VİDEO20-01-2018, 11:34 |
![]() Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb. Rubrika.az APA-ya istinadla bildirir ki, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib. F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250-si yanıb. Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub. Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Rubrika.Az Geri qayıt |