Əsas Səhifə > İdman > Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin vahid lideridir
Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin vahid lideridir20-01-2018, 16:33 |
![]() Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirində vahid liderə çevrilib. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, o, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən turnirinin 6-cı turu çərçivəsində hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0. Nəticədə Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür. Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Rubrika.Az Geri qayıt |