Əsas Səhifə > Yaddaş > Bu, bizim mənəvi borcumuzdur - Vahabov

Bu, bizim mənəvi borcumuzdur - Vahabov


20-01-2018, 21:03
Bu, bizim mənəvi borcumuzdur - Vahabov

20 Yanvar faciəsi tariximizə həkk olunan və yaddaşlardan silinməyən qəhrəmanlıq salnaməsidir.

Rubrika.az Axar.az-a istinaden xəbər verir ki, bu sözləri faciə qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi, general-mayor Mirqasım Vahabov Azərtac-a müsahibəsində deyib.

M.Vahabov bildirib ki, 20 Yanvar hadisələrindən 28 il ötməsinə baxmayaraq, xalqımız Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini daim yad edir. Bu, bizim mənəvi borcumuzdur. Qanlı Yanvarı gənc nəsillərə öyrətmək və bu barədə onları maarifləndirmək lazımdır. 20 Yanvarda şəhid olmuş ailələrə dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqı qəhrəman Vətən övladları ilə fəxr edir.

Rubrika.az
Geri qayıt